Joze Mourinyoya 120 milyonluq təklif göndərilib

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri hazırda “Roma”nı çalışdıran mütəxəssislə birbaşa əlaqə saxlayıblar.

Portuqaliyalıya mövsümə 60 milyon avro maaşla 2 illik müqavilə təklif olunub. 60 yaşlı məşqçiyə 3 komandadan birinə rəhbərlik etmək təklif olunub. Bunlar Səudiyyə Ərəbistanı milli komandası, hücumçu Kriştianu Ronaldunun da çıxış etdiyi “Əl-Nəsr” və ya ölkənin 2-ci divizionunda mübarizə aparan “Əl-Əhli”dir.

Eyni zamanda, Joze ilk mövsümdən sonra istədiyi kimi müqaviləni pozmaq imkanı əldə edəcək. Razılaşsa, o, futbol tarixinin ən çox maaş alan məşqçisi olacaq.

Mourinyo bu təklifi nəzərdən keçirir. Lakin hələlik Joze “Roma”da qalmaq niyyətindədir.

Həmin kateqoriyadan