“Kəpəz” Avroliqa ilə vidalaşdı

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, günün yeganə matçında “Kəpəz” Bakıda Avstriya “Admira”sını qonaq edib.

İlk görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşən Gəncə təmsilçisinin mərhələ adlaması çətin görünsə də, hər halda buna şansı vardı. Təəssüf ki, Şahin Diniyevin komandası rəqibə Bakıda da məğlub olaraq, Avroliqa ilə vidalaşıb – 0:2.

Həmin kateqoriyadan