“Kəpəz” hazırlığı paytaxtda davam etdirəcək

Türkiyə toplanışını başa vuraraq dünən gecə saatlarında Vətənə dönən “Kəpəz”, bir günlük istirahətin ardından sabahdan məşqlərə start verəcək. Allsport.az saytı xəbər verir ki, komanda Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək Moldova “Daçiya”sı ilə ev oyununa hazırlığı Bakıda davam etdirəcək.

Ölkə paytaxtında taktiki-texniki çalışmalara diqqət ayıracaq “sarı-göylər” iyunun 24-də yoxlama matçı keçirəcək. “Kəpəz”in rəqibi “Bakı” klubu olacaq. Birinci divizion təmsilçisinə məxsus bazada baş tutacaq oyun saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan