“Kəpəz”i məglub edən komanda Avroliqadan kənarlaşdırılıb

“Kəpəz”i Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Admira” klubu turnirin pley-ofuna adlaya bilməyib. Allsport.az saytı xəbər verir ki, Avstriya təmsilçisi 3-cü ələmədə “Slovan” ilə görüşüb.

Doğma meydanda keçirilən ilk oyunda 1:2 hesabıyla uduzan “Admira” çexlərə səfərdə də məğlub olub – 0:2. Nəticədə, “Kəpəz”i məyus edən klub Avroliqadakı mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsində Moldova “Daçiya”sını keçən (evdə 0:0, səfərdə 1:0) Gəncə təmsilçisi “Admira”ya həm səfərdə (0:1), həm də evdə uduzmuşdu (0:2).

Həmin kateqoriyadan