“Kəpəz” moldovalıların qapısına yol tapa bilmədi

Bu gün Avropa Liqasında yeni mövsümə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə Azərbaycan təmsilçilərindən də biri meydana çıxıb. 16 il sonra qitə arenasına qayıdan “Kəpəz” doğma meydanda Moldova “Daçiya”sı ilə üz-üzə gəlib.

Şahin Diniyevin çalışdırdığı Gəncə klunu doğma meydanda mütləq inamlı qələbə qazanmalıydı ki, bir həftə sonra səfərdə keçiriləcək oyunda işi çətin olmasın. Lakin təəssüf ki, komandamız ilk görüşdə istəyinə çata bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu kollektivlər arasındakı cavab görüşü iyulun 7-də Kişinyovda baş tutacaq. Cavab matçında komandamızı hətta qollu heç-heçə də qane edəcək.

Avroliqadakı digər təmsilçilərimiz – “Qəbələ” ilə “Neftçi” isə ilk oyunlarını iyunun 30-da keçirəcək. Bölgə təmsilçisi doğma meydanda Gürcüstan “Samtredia”sı, bakılılar isə səfərdə Malta “Baltsan”ı ilə qarşılaşacaq.

Həmin kateqoriyadan