“Kəpəz” “Qəbələ”nin hücumçusu ilə müqavilə imzaladı

“Qəbələ”dən ayrılan hücumçu Bəxtiyar Soltanov özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, o, yeni mövsümdən “Kəpəz”in uğurları üçün tər tökəcək.

Belə ki, klubun idman direktoru Mehman Allahverdiyevin saytımıza verdiyi məlumata görə, Soltanovla 1 illik müqavilə imzalayıblar. “Qəbələ” ilə müqaviləsinin müddəti başa çatan futbolçu Gəncə təmsilçisinə azad agent kimi keçib.

Maraq üçün xatırladaq ki, Soltanov 2012/13 mövsümündə də “Kəpəz”də oynamışdı.

Həmin kateqoriyadan