“Kəpəz” qələbə, “Neftçi” və “Qəbələ” məğlubiyət ilə 2-ci mərhələyə adladı

Bu gün Avropa Liqasında 1-ci təsnifat ələməsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, adı çəkilən yarışda ölkəmizi təmsil edən “Neftçi”, “Kəpəz” və “Qəbələ” əvəz matçlarında istədikləri nəticəni qazanaraq, mərhələ adlayıblar.

Bakıda Moldovanın “Daçiya” klubu ilə qolsuz bərabər qalan Gəncə komandası səfərdə 1:0 üstün oynayıb. “Kəpəz”lə eyni vaxtda meydana çıxan “Qəbələ” ev oyununda darmadağın etdiyi (5:1) “Samtredia”yaya Gürcüstanda uduzub – 1:2.

“Neftçi” də mərhələnin taleyini çətinlik çəkmədən həll edə bilərdi. Bakılılar səfərdə 2 cavabsız qolla qalib gəldikləri Malta “Baltsan”ına doğma meydanda gözlənilmədən məğlub olub – 1:2. Bu azmış kimi, rəqib bir 11-metrlik cərimə zərbəsini qaçırıb.

Həmin kateqoriyadan