“Kəpəz” “Rəvan”ın futbolçusu ilə gücləndi

“Kəpəz” Peşəkar Futbol Klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən komanda Ceyhun Cavadovu heyətinə cəlb edib.

23 yaşlı oyunçu ilə bir illik razılaşma əldə olunub.

“Kəpəz” PFK Cavadovun keçidinə köməklik göstərdiyinə görə onun sonuncu klubu olan “Rəvan” FK-ya minnətdarlığını bildirib.

Həmin kateqoriyadan