“Kəpəz” sabah məşqləri bərpa edəcək

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Kəpəz” – “Daçiya” (0:0) oyunundan sonra 2 günlük istirahətə buraxılan Gəncə klubunun üzvləri sabah məşqləri bərpa edəcək.

Allsport.az saytı xəbər verir ki, komanda cavab görüşünə hazırlığı Bakıda keçəcək. “Sarı-göylər” gündə bir dəfə məşq edəcək. Sabahkı çalışma saat 11:00-da başlayacaq.

“Sarı canavarlar”la cavab oyunu üçün iyulun 6-da yola çıxacaq. Bakı-İstanbul-Kişinyov marşrutu üzrə hərəkət edəcək komandamız iyulun 8-də axşam saatlarında Vətənə dönəcək. “Sarı-göylər” Kişinyovda “Aria otel”də qalacaq.

Həmin kateqoriyadan