- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha üç rəqibin adına aydınlıq gəlib. Allsport.az xəbər verir ki, iyulun 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək komanda ölkə paytaxtında üç sınaq oyununda meydana çıxacaq.
Gəncə təmsilçisinin ilk rəqibi “Sumqayıt” olacaq. Bu rəqiblə görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AzAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.
Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.