Kamran Ağayev Türkiyə klubu ilə 2,5 illik müqavilə imzalayıb

Türkiyənin “Kayserispor” klubunun mətbuat xidmətinin rəhbəri Rıfat Pəhləvan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transfer etmələrinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Ağayev səviyyəli qapıçıdır. Bu transferin həm kluba, həm də futbolçuya xeyirli olmasını diləyirəm. Kamranla 2,5 illik müqavilə imzaladıq. O, tibbi müayinədən sonra komanda ilə məşqlərə başlayıb. Ağayev ölkəsinin milli komandasında çoxlu oyunda meydana çıxıb. Təcrübəli bir qapıçıdır. “Kayserispor”un qapısı Serdar Kulbilgə, Kayacan Ərdoğan və Ağayevlə əmin əllərdədir”.

Qeyd edək ki, daha öncə Ağayevin Türkiyə klubu ilə yarım illik müqavilə imzaladığı bildirilirdi. Lakin göründüyü kimi, klub rəsmisi öz açıqlamasında tərəflərin 2,5 illik anlaşdığını bəyan edib.

Həmin kateqoriyadan