Kan: “Tuxelin çıxışlarını dinləyəndə mən də meydana girmək istəyirəm”

“Bavariya”nın idarə heyətinin sədri Oliver Kan Münhen komandasının yeni baş məşqçisi Tomas Tuxel haqqında fikirlər səsləndirib.

Allsport.az xəbər verir ki, Tuxel 2023-cü ilin mart ayının sonunda Yulian Nagelsmannı əvəz edib.

“Tuxel ilk gündən məni heyran edib. Onun futbolçuları necə düzgün sözlərlə ruhlandırdığını gördüm. 

Mən özüm Tomasın çıxışlarını dinləyəndə özüm də meydana girmək istəyirəm”-deyə Kan bildirib.

Həmin kateqoriyadan