Kanoeçimizdən Avropa çempionatının gümüş medal

Kanoeçimizdən Avropa çempionatının gümüş medal

Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə yadda qalıb.

Allsport.az xəbər verir ki, milli komandamızın üzvü 500 metr məsafəyə birnəfərlik kanoe yarışında gümüş medal qazanıb.

Tatyana həlledici “A” finalında finiş xəttini ikinci keçərək Avropa çempionatının gümüş mükafatına sahib çıxıb.

Bu, Tatyana Smilovenkonun Azərbaycan millisinin heyətində Avropa çempionatlarında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal əldə etmişdi.

Həmin kateqoriyadan