Karateçilər üçün antidopinq seminarı

Azərbaycan milli antidopinq agentliyinin təşəbbüsü ilə milli karate federasiyasının məşqçiləri və əsas milli komandanın heyəti üçün qadağan olunmuş preparatlar və sanksiyalara həsr olunmuş növbəti seminar keçirilib. Allsport.az saytıxəbər veriblər ki, toplantını AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev aparıblar.

Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə idmançıları tanış ediblər. Daha çox yayılan məqamları geniş izah edən AMADA-nın nümayəndələri qadağan olunmuş preparatlardan istifadə və sanksiyalar barədə geniş məlumat veriblər.

Tədbirdə iştirak edən AMKF-in prezidenti Yaşar Bəşirov, dünya çempionatı ərəfəsində bu tədbirin keçirilməsinin çox vacib olduğunu bildirərək, AMADA rəsmilərinə minnətdarlığını çatdırıb. Sonda millinin üzvləri onları maraqlandıran suallara dolğun cavablar alıblar.

 

Həmin kateqoriyadan