Karlo Ançelotti: “Sizə yalan dedim”

Allsport.az xəbər verir ki, “Real Madrid” “Kamp Nou”da əzəli rəqibi “Barselona”ya qarşı matçı 4:0 hesabı ilə qazanaraq 2023 kral kubokunun finalına yüksəldi.

Matçdan sonra “Real”ın əhval-ruhiyyəsi təbii ki, yüksək idi. Karlo Ançelotti bir gün istirahət edəcəklərini açıqlayaraq futbolçularını təəccübləndirdi və “yalan danışdığını” da etiraf etdi.

Baş məşqçi komandasına müraciətində deyib: “Mən sizinlə çox fəxr edirəm. Belə bir matç görmək şərəfdir. Ehtiyat oyunçular ilə oturub belə komandanı izləmək mənim və bizim hamımız üçün qürur duyulacaq bir şeydir.

İkincisi, etiraf etməliyəm ki, sizə böyük yalan danışmışam. Bu, final oyunu deyildi. Sadəcə, yarımfinalda oynadığımız oyun idi. Hələ son oyunumuz var”.

Həmin kateqoriyadan