- Baxış sayı: 42
- 13 İyul 2026 23:38
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

UFC-nin baş direktoru Dana Uayt Konor Makqreqorun karyerasını başa vura biləcəyini istisna etməyib.
Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü UFC 329 turnirində Maks Holloueyə məğlub olub.
Las Veqasda keçirilən döyüş Holloueyin texniki nokautla qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra Uayt Makqreqorun gələcəyi ilə bağlı danışıb:
“Bu barədə düşünürəm. Uşaqlar “karyeramı bitirmək barədə düşünürəm” deməyə başlayanda, bunu etməlidirlər. Hələ ki, bunu ondan eşitməmişəm. O, bu barədə ictimaiyyət qarşısında danışmayıb. Görək nə deyəcək”.
Makqreqor UFC-də iki çəki dərəcəsində sabiq çempiondur.