Kaxaber Sxadadze: “Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Öz komandamı yaxşı oyun münasibəti ilə təbrik edirəm. “Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik. Digər tərəfdən yanaşsaq, bizim heyətlə bağlı problemlərimiz vardı. Başa düşürəm ki, “Xəzər Lənkəran” gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdır”.

Həmin kateqoriyadan