Keçmiş UFC çempionu şillə turnirində iştirak edəcək

Amerikalı qarışıq döyüş ustası, keçmiş ağır çəkidə UFC çempionu Tim Silvia aprelin 22-də Oklahoma Sitidə keçiriləcək “Slap Fight” turnirində iştirak edəcək.

Allsport.az xəbər verir ki, bu turnir UFC prezidenti Dana Vayt tərəfindən təşkil olunan “Power Slap” liqasına şamil edilmir. Silviyanın rəqibi “Bulldozer” ləqəbli idmançı olacaq.

47 yaşlı Tim peşəkar qarışıq döyüş sənətlərində 31 qələbə və 10 məğlubiyyəti var. Sonuncu dəfə UFC-də Silvia 2008-ci ildə rinqə çıxıb və üçüncü raundda Antonio Nogueraya boğularaq uduzub.

Bundan sonra Silvia digər promosyonlarda çıxış etdi və o, MMA-da son döyüşünü 2013-cü ildə “AMC Fight Nights” çərçivəsində keçirdi və orada Ruslan Məhəmmədova hakimlərin yekun qərarı ilə məğlub olub.

Həmin kateqoriyadan