Keyci Fiziyevlə döyüş haqqında

UFC-nin ən yüngül çəki dərəcəsində döyüşçüsü Castin Keyci azərbaycanlı Rafael Fiziev ilə keçirəcəyi görüşdən gözləntilərini bölüşdüb.

Alsport.az xəbər verir ki, döyüş martın 18-də Londonda UFC-286-nın əsas tədbiri çərçivəsində baş tutacaq.

“Mən bu arenadan cəhənnəm yaradacaq döyüşü səbirsizliklə gözləyirəm. Sizin üçün bir şou hazırlayacağıq. Rafael mükəmməl rəqibdir.

Oraya çıxanda qarşılaşmaq istədiyim rəqiblərdəndir. Mən gözləyə bilmirəm. Həmişə olduğu kimi yenə də zərər verəcəyəm.

Mən həmişə oraya çıxıb rəqiblərimin nə qədər elit olmasından asılı olmayaraq onlara yumruq vururam”.

Həmin kateqoriyadan