Kikboksçular 2 oyunlara vəsiqə verən qitə çempionatına hazırlaşır

Kikboks millisi Bakı olimpiya stadionunun idman zalında Antalyada ilin son yarışına hazırlaşır.

Allsport.az saytı xəbər verir ki, Avropa çempionatı xüsusi önəm daşıyır. Bu mübarizə Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində keçiriləcək III Avropa oyunlarına (21 iyun – 2 iyul 2023), eləcə də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda III ümumdünya kombat oyunlarına (5-14 oktyabr 2023) vəsiqə verir.

Full kontakt üzrə 5, lou kik üzrə 6 çəki üzrə lisenziya olacaq. İlk proqramda 8-liyə düşənlər Avropa oyunlarına, digərində ilk 4-lüyə düşənlər kombat döyüşlərində çıxış edəcəklər.

Həmin kateqoriyadan