- Baxış sayı: 33
- 05 May 2026 17:23
- Baxış sayı: 122
- May 04, 2026
- 0

“Qarabağ”ın sabiq futbolçusu Dani Kintana Polşanın “Yagelloniya” klubundan ayrılıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Belostok təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
İspaniyalı futbolçu uzun müddətdir zədədən əziyyət çəkir. Buna görə də “Yagelloniya”da yaydan indiyədək cəmi 3 matça çıxıb. Bu da nə klubu, nə də futbolçunun özünü qane edib. Kintana bu ilin iyununda Polşa klubuna keçmişdi.
Dani Kintana 2015 – 2020-ci illərdə “Qarabağ”da oynayıb. O, 2013-2014 mövsümündə də “Yagelonniya”da çıxış edib.