- Baxış sayı: 170
- 20 Sentyabr 2026 12:54
- Baxış sayı: 99
- Sentyabr 25, 2026
- 0

İstanbulda klublararası Avropa birinciliyinin 2-ci günündə gənc taekvondoçularımız 10 dəfə fərqləniblər. Allsport.az saytı xəbər verir ki, oğlanlada Cavad Ağayev (63 kq) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) qızıl medal qazanıblar.
Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kq), Ayaz Qənbərli (51 kq) və Ofeliya Allahverdiyeva (42 kq) yalnız finalda uduzublar.
Nihad Abbasov (45 kq), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) 3-cü yer tutublar.