Klublarımızın Avroliqadakı cavab matçlarının başlama saatları açıqlandı

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”la “Qəbələ”nin müvafiq olaraq İsveçrə “Yanq Boyz”u və Yunanıstan “Panatinaikos”u ilə cavab oyunlarının vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, hər iki oyun avqustun 27-də keçiriləcək.

Öncə “Qarabağ”ın oyunu başlayacaq. Belə ki, ağdamlıların İsveçrə təmsilçisi ilə görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

“Qəbələ”nin “Panatinaikos”la cavab görüşü isə Afinadakı Apostolos Nikolaidis adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, klublarımızın ilk oyunları avqustun 20-də keçiriləcək.

Həmin kateqoriyadan