“Konorun psixi sağlamlığından narahat idim”

Allsport.az xəbər verir ki, irlandiyalı UFC döyüşçüsü Konor Makqreqorun məşqçisi Con Kavanah tələbəsinin döyüşsüz özünü necə hiss etdiyindən danışıb:

“Yalan danışmayacağam, Konorun psixi sağlamlığından narahat idim. Amma bu gün öyrəndim ki, Makqreqor böyük bir qrup sparrinq tərəfdaşı ilə məşq etməyə başlayıb. Bu hamımız üçün sevindirici bir xəbər oldu.

Əlbəttə ki, bu, böyük bir izdiham qarşısında çıxış etməklə müqayisə olunmur, lakin ən azı Konor məşq edir və bu vacibdir”.

Həmin kateqoriyadan