“Konteyə yazığım gəlir”

“Tottenhem”in futbolçusu Son Hın Min baş məşqçi Antonio Kontenin istefaya göndərilməsi xəbərini şərh edib.

Allsport.az xəbər verir ki, o, məyusluğunu ifadə edib:

“Təəssüf… O, dünya səviyyəli məşqçidir, biz birlikdə uzun yol qət etmişik. Konteyə çox minnətdaram. Digər oyunçuların onun haqqında nə düşündüyünü bilmirəm. Amma Konteyə yazığım gəlir. Daha çox dəstək göstərməliydim, amma bacarmadım. Komandaya kömək edə bilmədim və o, klubdan gedəndən sonra özümü məsuliyyətli hiss edirəm. Konte şübhəsiz ki, böyük bacarıqlara və məşqçi kimi təcrübəyə malikdir. Əminəm ki, o, gələcək karyerasında böyük uğurlar qazanacaq”.

Mütəxəssis İngiltərə premyer liqasında “Sauthempton” ilə 3:3 hesablı heç-heçədən sonra klub rəhbərliyi və oyunçular haqqında qəzəbli şərhlərdən bir həftə sonra, dünən istefaya göndərilib.

Həmin kateqoriyadan