Koreya səfiri kubokunda Gömrükçü” 1-ci, “Cavidan” 2-ci və “Fərasət” 3-cü olub

Taekvondo federasiyasının təşkilatçılığı və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə gənclərin Koreya səfiri kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sayca 4-cü yarışda respublikamızda fəaliyyət göstərən klublarının 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar mübarizə aparıblar.

300-dən çox gənc taekvondoçunun yarışdığı turnirin sonunda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılıblar.

Komanda hesabında “Gömrükçü” 1-ci, “Cavidan” 2-ci və “Fərasət” klubu 3-cü yeri tutub.

Həmin kateqoriyadan