Koronavirusa görə 550 işçinin maaşı azaldıldı

İngiltərənin “Tottenhem” klubu koronavirus pandemiyasına görə 550 işçinin aprel və may aylarının məvaciblərini aşağı salıb. Allsport.az xəbər verir ki, klub prezidenti Deniel Levi işçilərin məvaciblərinin 20 faiz azaldıldığını deyib.

Bundan əlavə, klub stadionunu koronavirus pandemiyası ilə mübarizə üçün səhiyyə işçilərinin ixtiyarına verib.

Futbolçuların maaşları isə azaldılmayıb. Daha öncə İngiltərədə “Nyukasl” klubu işçilərinin maaşlarını azaltmışdı.

Həmin kateqoriyadan