- Baxış sayı: 26
- 25 Aprel 2025 12:23
- Baxış sayı: 42
- Aprel 25, 2025
- 0
Koronavirusa yoluxan İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatini açıqlama verib. Allsport.az xəbər verir ki, argentinalı müğənni 26 yaşlı hücumçu ilə birgə karantində olduğunu deyib:
“İndi özümüzü yaxşı hiss edirik və istirahətdəyik. Bir neçə gün əvvəl pis idik. Həkimlər vitamin yazdılar. Növbəti testi martın 31-i verəcəyik. Koronavirus qrip kimidir. Bütün bədən ağrıyır və yorğunluq hiss edilir. Ağ ciyərlərimdə də ağrı vardı. Məndən sonra Dibala da pisləşdi”.
Paulo Dibalanın sevgilisi ilə birgə koronavirus testi müsbət çıxıb.