Kramarenko: “Onlar qapıçı sirrlərini anlayacaqlarsa, irəli gedə biləcəklər”

“Neftçi” PFK Avstriya hazırlığını bu gün başa vuracaq. Allsport.az xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubu ilə keçiriləcək son yoxlama matçından öncə komandanın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko klubun rəsmi saytına açıqlama verib:

“Komandamız yenicə yığılıb. Fikrimcə toplanış səmərəli keçdi. Uşaqlar işə cox ciddi yanaşır və tam gücü ilə məşq edirdilər. Bu da çox sevindiricidir. Amma vaxtımız az oldu. Çünki həmişə futbolçulara nəsə yeni bir şey göstərmək istəyirik. Bu gün “Mladost” ilə oyundan əvvəl, sonuncu yoxlama matçını keçirəcəyik. Bu qısa müddət ərzində məşqçilər korpusu maksimal dərəcədə işlədilər. Futboçular hər şəyi tez qavrayırlar. Əlbəttə ki, həm müsbət, həm də çatışmayan aspektlər var. Ona görə də mənfi tərəfləri aradan götürmək üçün işləyirik və çatışmayan tərəflər üzərində çalışırıq. Maksimin və Ruzinin perspektivi var. Onlar bunu başa düşürlər və həm məşqlərdə, həm də yoldaşlıq oyunlarında böyük həvəslə çalışırlar. Gündə 2 məşq keçiririk, elə olur ki, 3 məşqimiz olur. Amma buna baxmayaraq böyük həvəslə məşq edirlər. Əgər onlar qapıçı sirrlərini anlayacaqlarsa, irəli gedə biləcəklər.

Azarkeşlərə demək istəyirəm ki, səbrli olsunlar. Çünki komandamız yenidən qurulur. Futbolçular ürəkdən çalışırlar. Bir az vaxt lazımdı ki, futbolçular bir-birin başa düşsünlər. Bizə inansınlar. Bilirik ki, əsas nəticədir. Amma istəyiri ki, hər oyunda bizə dəstək olsunlar. Çünki onlardan çox şey aslıdır. Əbəs yerə demirlər ki, fanatlar komandanının 12-ci oyunçusudur”.

Həmin kateqoriyadan