Kramarenko üçün Oliç

Rusiyanın SSKA klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Moskva təmsilçisini bundan sonra İvitsa Oliç çalışdıracaq.

Xorvatiyalı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. 41 yaşlı mütəxəssis bundan əvvəl Xorvatiya yığmasında baş məşqçi Zlatko Daliçin köməkçisi idi.

Oliç futbolçu kimi 2003-2006-cı illərdə ÇSKA-da çıxış edib.

Millimizdə qapıçı məşqçi kimi çalışan Dmitri Kramarenko SSKA-da da eyni vəzifədə çalışır.

Həmin kateqoriyadan