- Baxış sayı: 29
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
Kriştianu Ronaldu “Yuventus”da komanda yoldaşları ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, komandanın bazasına gələn Portuqaliya millisinin ulduzu, məşq etmədən oradan ayrılıb. O, yoldaşları ilə sağollaşaraq, əşyalarını da özü ilə götürüb. Onun yaxın saatlarda İtaliyanı tərk edəcəyi gözlənilir.
Ronaldonun agenti Jorje Mendeş “Mançester Siti” ilə danışıqları davam etdirir. Hücumçunun da məhz İngiltərə klubuna keçəcəyi iddia olunur. 2018-ci ildən “Yuventus”da oynayan Kriştianunun müqaviləsi 2022-ci ildə başa çatacaq.