Kristof Qaltyeylə bağlı dəhşətli iddialar

PSJ bu mövsüm həm meydançada, həm də meydandan kənarda olduqca çətin dövrlər yaşayır.

Allsport.az xəbər verir ki, Messi, Neymar və Mbappe kimi ulduzlarla mövsümə son dərəcə iddialı başlayan Fransa komandası çempionlar liqasının favoritlərindən biri kimi göstərilib.

Ancaq indiki hadisə çox fərqlidir və əgər iddialarda gerçəklik payı varsa bütün dünyadan böyük reaksiya verəcək.

Fransa klubunun keçmiş idman direktoru Jülyen Fournyer, Kristof Qaltyenin PSJ-nin baş məşqçisi olduğu zaman ona komanda ilə bağlı göndərdiyi elektron məktubu paylaşıb.

Orada belə yazılıb: “Komandada çoxlu qaradərili futbolçu var və onlar cümə günləri namaza gedən əclaflardan ibarətdir. O qədər qaradərili və müsəlman ola bilməz. Bu komanda mənim üçün deyil”.

Bu şərhlərdən sonra PSJ-nin müsəlman olan klub sahibləri Kristof Qaltyenin söylədiyi iddia edilən şərhlərlə bağlı araşdırmaya başlayıb.

Həmin kateqoriyadan