- Baxış sayı: 38
- 11 Noyabr 2026 11:52
- Baxış sayı: 337
- Noyabr 09, 2026
- 0

Kişi həndbolçuların Azərbaycan çempionatında final mərhələsi davam edir.
Allsport.az xəbər verir ki, baş mükafat uğrunda yarışan komandaların mübarizəsində “Kür” liderdir. 12 oyundan 21 xal toplayan Mingəçevir təmsilçisi ən yaxın izləyicisi “Bakı”nı 5 xal qabaqlayır. “Azəryol” 15 xalla üçüncü, “Qarabağ” 12 xalla dördüncü yerdədir.
V-VI yerlər uğrunda yarışan komandaların mübarizəsində isə ikihakimiyyətlikdir. Hərəyə 15 xalı olan “Dinamo” ilə “Təhsil” ilk pillələrdə qərarlaşıb. “İdman Akademiyası” 10 xalla üçüncüdür. “Gənclər Birliyi”nin 3, U-17 komandasının 1 xalı var.