- Baxış sayı: 40
- 11 Noyabr 2026 11:52
- Baxış sayı: 340
- Noyabr 09, 2026
- 0

Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa kubokunda Kipr “Parnassos Strovolu”na 2-ci oyunda da qələbə qazanıb.
Allsport.az xəbər verir ki, “Kür” olimpiya tədris-idman mərkəzində görüş ölkə çempionumuzun 32:29 hesablı üstünlüyü ilə başa çatıb.
Mingəçevir təmsilçisi bu qələbədən sonra avrokubokunun III raunduna vəsiqə qazanıb. İlk oyun “Kür”ün 35:31 hesablı qələbəsi ilə nəticələnmişdi.