- Baxış sayı: 50
- 21 İyul 2026 23:41
- Baxış sayı: 108
- İyul 22, 2026
- 0

Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq üzgüçülük çempionatının son günündə Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, yığmamız yarışın son günündə ümumilikdə 14 medal qazanıb.
Mükafatların 5-i qızıl, 5-i gümüş, 4-ü isə bürünc olub. Bürünc medallardan 3-ü fərdi, 1-i isə estafet yarışında əldə edilib.
Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Yığmanın heyətində Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Mehri Əbdürəhmanlı, Məryəm Cavadova, Oqtay Hüseynov, Ramal Sadıqlı, Ramil Vəlizadə, Səid Həmidov, Vlastilina Xasyanova və Yeqor Maynitski yer alıblar.
Millinin baş məşqçisi Luka Qabrilo, məşqçiləri isə Teymur Quliyev və Rəşad Alquliyev olub.