“Kvaratsxeliya yüksək səviyyəli oyunçudur, lakin Maradona ilə müqayisə həddindən artıqdır”

“Spartak”ın eks-prezidenti Leonid Fedunun keçmiş müşaviri Franko Kamozzi, İtaliyanın “Napoli” klubunun gürcü vingeri Xviça Kvaratsxeliyanın yeni nailiyyətini şərh edib.

Allsport.az saytı xəbər verir ki, həftəsonu o İtaliya “A” Seriyasında “Torino” ilə oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib və 17 ildə Avropanın ən yaxşı 5 liqasında bir klubda debüt mövsümündə (10 qol + 10 məhsuldar ötürmə) uğur qazanan ilk oyunçu olub.

“Bu yeni rekord Xviçi Kvaratsxeliya üçün böyük nailiyyətdir. Gürcü futbolçunun son nəticələri onun əla yüksək səviyyəli futbolçu olduğunu sübut edir, lakin onu Dieqo Maradona ilə müqayisə etmək mənə hədsiz görünür”, – Kamozzi açıqlamasında deyib.

Həmin kateqoriyadan