“Laçi”nin aparıcı futbolçusu Bakıya buraxılmadı

Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Albaniyanın “Laçi” klubu Azərbaycana aparıcı futbolçularından birini – yarımmüdafiəçi Argend Mustafanı gətirə bilməyib. Allsport.az xəbər verir ki, buna onun Azərbaycana gəlmək üçün viza ala bilməməsi səbəb olub.

Belə ki, Mustafa Kosovo vətəndaşıdır. Azərbaycan isə Serbiyanın ərazi bütövlüyünü tanıdığına, Kosovanın müstəqilliyini isə tanımadığına görə, belə bir problem yaranıb. Nəticədə, Mustafa İstanbuldan geri qayıtmalı olub.

Bu üzdən də “Laçi” sabah Bakıda qarşılaşacağı “İnter”lə cavab matçına ciddi itki ilə çıxacaq.

Həmin kateqoriyadan