“Lans”ın oyunçusu: “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm”

“Qarabağ”ın yeni transferi Alharbi El Jadeyui bu keçidlə bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan vinger klub saytına öz təəssüratlarını paylaşıb:

“Bilirəm ki, “Qarabağ” olduqca iddialıdır və ambisiyaları olan klubdur. Ötən mövsüm Avroliqada “Qarabağ”ın “Sent-Etyen” və “İnter”lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünava gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub, meydana çıxmaqdır. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üşün əlindən gələni edəcəyəm ki, komandama faydalı olum. Təbii ki, “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm”.

Həmin kateqoriyadan