“Legiya”da olduğum üçün qürur duyuram”

Azərbaycan millisinin “Legiya”da çıxış edən üzvü Mahir Əmrəli Avropa liqasının qrup mərhələsinin 4-cü turunda “Napoli”yə uduzduqları matçı (1:4) şərh edib. 

Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə öz instaqram səhifəsində yazıb. Görüşdə komandasının yeganə qolunu vuran Əmrəli yaxşı oyun nümayiş etdirdiklərini deyib:

“Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir. Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək. Bu klubda olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir”. 

Həmin kateqoriyadan