- Baxış sayı: 29
- 19 İyun 2026 20:30
- Baxış sayı: 34
- İyun 19, 2026
- 0

Millətlər liqasının 1-ci turunda millimizin qonağı olacaq Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holtsun oyundan öncə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qarşılaşma barədə danışıb:
“Rəqibi özümüzdən üstün hesab etmirik. Azərbaycanda “Qarabağ” kimi güclü klub var. Ağlımda olan 2-3 taktika var ki, onlardan birini meydanda tətbiq edəcəyik. Komandamızın millətlər liqasında məqsədi yaxşı oyun göstərmək, çətin olmağına rəğmən, hər matçda qələbə qazanmaqdır”.