Məmməd Abdullayev: Əlavə 2 lisenziya qazana bilərdik

Tunisin Hammamet şəhərində taekvondoçu Minayə Əkbərova (44 kq) yeniyetmələrin olimpiya oyunlarına vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, millimizin baş məşqçisi Məmməd Abdullayev onun uğuruna və digər idmançılarımızın çıxışına belə şərh verib:

“Minayə lisenziya qazanmala bizi sevindirdi. Əslində, Cavad Ağayev də səkkizlikdə yer almışdır. İtaliyalı rəqibi ilə döyüşdə əlindən ağır zədə alması onun uduzmasına gətirib çıxarıb. Əgər rəqib finala vəsiqə qazana bilsəydi, Cavadın imkanı daha çox olacaqdır. Təəssüf olsun ki, o da olmadı.

Bildiyiniz kimi, hər çəkidə sona qalan 8 taekvondoçu birbaşa olimpiyadaya lisenziya əldə edir. Amma ev sahibliyi edəcək olan Argentina komandası Cavadın çəkisində yəni 63 kq-da bir idmançı əlavə sifariş etdiyi üçün, yer məhs onlara verilib.

Xanoğlan Kərimov da koreyalı rəqibindən üstün döyüşdü və hesabda irəlidə idi. Lakin sona 10 saniyə qalmış başa zərbə buraxmaqla fürsəti əldən verdi. Sahar Karghara da döyüşün sonunda başa zərbə buraxaraq, şansını qaçırtdı. Ümumiyyətlə, idmançılarımız yaxşı çıxış etdilər”.

Həmin kateqoriyadan