“Mən onu birdəfəlik susdurmaq istəyirəm”

Allsport.az xəbər verir ki, UFC döyüşcüsü Dastin Puarye, Konor Makqreqorla dördüncü dəfə görüşməsinə etiraz etməyəcəyini bildirib:

“Təklif olarsa, yəqin ki, razılaşardım. Mən onu birdəfəlik susdurmaq istəyirəm. Onun “arxasını” nə qədər təpikləsəm də, o, yenə də danışmağa davam edəcək.

Onun Çandlerlə döyüşündə nə baş verdiyini bilmirəm. Ancaq bu, yüksək səviyyəli bir döyüşdür. Konora qarşı mənim 2:1 hesablı nəticəm var, bizim döyüşümüz çox gözləniləndir”.

Həmin kateqoriyadan