“Mən tualeti soruşdum. Ora getdim və 2 qapı gördüm. Hər 2-sində yazılmışdı: “Bütün cinslər üçün””

Allsport.az saytı xəbər verir ki, əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov dünyanın bəzi ölkələrində gender müxtəlifliyinə münasibətindən danışıb. Sitat:

“Mən yalnız kişi və qadınları tanıyıram, aralarında heç kim yoxdur. Bir neçə həftə əvvəl Kaliforniyada bir qəhvə mağazasında idim və tualetə getməli oldum. Mən onun harada olduğunu soruşdum, ora getdim və iki qapı gördüm. Hər iki yazının üstündə yazılmışdı: “Bütün cinslər üçün”. Mən bunu həyatımda ilk dəfə görürdüm. Fikirləşdim: bu nədir, hara getmişəm?

Mən orada bir neçə saniyə dayanıb hansının kişi, hansının qadın olduğunu anlamağa çalışdım. Sonra qapını döydüm, içəridə kimsə olub-olmadığını soruşdum və heç kimin olmadığına əmin olaraq içəri girdim. Mən çox ənənəvi bir yerdə böyümüşəm və buna görə çox xoşbəxtəm. Mən yüksək dağlar olan məkanda doğulmuşam və bizdə cəmi iki cins var”.

Həmin kateqoriyadan