“Məni Mahaçevlə döyüşməyə inandırmağa ehtiyac yox idi”

Allsport.az xəbər verir ki, UFC çempionu Aleksandr Volkanovski İslam Maxaçova qarşı qısa müddətdə döyüşmək qərarından danışıb:

“Məni Mahaçevlə döyüşməyə inandırmağa ehtiyac yox idi. Komandamla bu məsələni müzakirə etdik, həyat yoldaşım və məşqçimlə hər şeyi müzakirə etdim. Hamı mənim üçün sevindi.
Döyüşdən 11 gün əvvəl təbii ki, bir az ağır idim. 1 həftə ərzində çox arıqlamışam – bir neçə gündə təxminən 5 kiloqram.
Əvvəlki döyüşdən dərhal sonra dirsəkdən əməliyyat olundum. UFC Sidneyə gələndə mən artıq məşqlərə qayıtmışdım və bir neçə həftə sonra spar edə bildim”.

Həmin kateqoriyadan