“Mənim qəhrəmanım Ronaldinyodur”

“Bavariya”nın portuqaliyalı müdafiəçisi Joau Kanselu braziliyalı sabiq futbolçu Ronaldinyo haqqında fikirlər səsləndirib.

Allsport.az xəbər verir ki, o, keçmiş yarımmüdafiəçini özünə nümunə kimi seçdiyini deyib:

“Futbol sahəsindəki ən böyük kumirim Ronaldinyodur. Çünki onun oyunundan həzz alırdım. Mənim üçün Ronaldinyo bütün futbolçuların ən istedadlısı idi. Mən Dieqo Maradona və Pelenin oyununu görməmişəm.

Amma Ronaldinyonun rahatlığı, hədsiz xoşbəxtliyi, zəkası, cəsarəti, meydandakı sehri və tamaşaçılara verdiyi əyləncə unikal idi. Buna görə də mənim qəhrəmanım Ronaldinyodur”.

Həmin kateqoriyadan