“Mənim üçün başqa çıxış yolu yoxdur”

Allsport.az xəbər verir ki, amerikalı UFC döyüşçüsü Castin Keyci növbəti potensial rəqibi haqda belə deyib: “Hamı məşğuldur, hər həftə turnirləri olur, şou həmişə davam edir. Amma məncə, aşkar variant Dastin Puaye ilə döyüşməkdir.

Nə vaxt olduğunu bilmirəm, amma burada hər şey çox aydındır, nəzərə alsaq ki, Oliveyra artıq Dariuşla döyüşür və qalib ilin sonunda Mahaçevlə döyüşəcək. Düşünürəm ki, ya Puaye ilə, ya da Oliveyra – Dariuş döyüşündə uduzanla qarşılaşacam. Mənə elə gəlir ki, mənim üçün başqa seçim yoxdur”

Martın 18-də Londonda keçirilən UFC-286 turnirinin əsas yarışında Castin Keyci təmsilçimiz Rafael Fiziyevə qalib gəlib. Döyüş 3 raund davam edib və nəticədə hakimlər qələbəni Keyciyə verib. 

Keyci üçün bu qələbə peşəkar karyerasında 24-cü olub. Fiziyevə gəlincə, o, 14 döyüşdə 2-ci məğlubiyyətini alıb.

Həmin kateqoriyadan