- Baxış sayı: 33
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 399
- Avqust 20, 2026
- 0


2019-cu ildə “Bavariya”da karyerasını bitirmiş Aryen Robben futbola qayıdıb. Allsport.az xəbər verir ki, Niderland millisinin keçmiş üzvü karyerasını ölkəsində davam etdirəcək.
36 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Qroningen”lə müqavilə bağlayıb.
Robben peşəkar karyerasına 2000-ci ildə Hollandiyanın “Qroningen” klubunda başlayıb. Niderlandlı oyunçu PSV, “Çelsi” və “Real” klublarında da çıxış edib. O, 2009-2019-cu illərdə “Bayern”də oynayıb.
Aryen Robben 2003-2017-ci illərdə Niderland millisində 96 oyun keçirib və 37 qol vurub.