Məşhur klubun əsas komandasında debüt etdi

Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında debüt edib.

Allsport.az xəbər verir ki, sözügedən komanda bundesliqanın 16-cı turu çərçivəsində səfərdə “Sankt Pauli” ilə qarşılaşıb.

3 qolun qeydə alındığı oyun “Şalke”nin məğlubiyyəti ilə bitib – 1:2.

Rüfət bu görüşə start heyətdə başlayıb. O, 81-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Rüfət “Şalke”nin U-23 komandasında çıxış edir. Lakin əsas komandanın heyətində ciddi itkilər olduğundan, məşqçilər korpusu onu düşərgəyə cəlb etmək məcburiyyətində qalıb.

“Şalke” bu mövsüm 2-c bundesliqada keçirdiyi 16 oyunda 26 xal toplayıb və 18 kollektiv arasında 7-cidir.

Həmin kateqoriyadan