Məsud Özildən dəstək: “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”

“Arsenal”ın türk əsilli futbolçusu Məsudt Özil ölkəmizə dəstəyini ifadə edib. Allsport.az saytı xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü bununla bağlı öz Tvitter hesabında paylaşım edib.

Mətndə ingilis dilində Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpqalarını işğal etməsini, BMT-nin qərarlarının icra edilmədiyi barədə qeydlər edən ünlü futbolçu, şəkilin üzərində Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” ifadəsini yazıb.

Həmin kateqoriyadan