Madrid nəhəngi “Zenit”də 1 matç belə keçirməyən futbolçuya 40 milyon avro verir

Bəlkə də bu həftənin əsas transfer xəbərləri “Zenit”in müdafiəçisi Robert Renanın 40 milyon avroya “Real Madrid”ə keçə bilməsidir. Nə üçün çempionlar liqasının qalibi hələ Rusiya premyer liqasında 1 dəfə də olsun oyun keçirməyən futbolçu üçün belə məbləğ ödəməyə hazırdırlar? Allsport.az saytı bunu anlatmağa çalışıb.

19 yaşlı müdafiəçi Sankt Peterburq klubu ilə “Korintians” arasında bağlanan irimiqyaslı sövdələşmədə “Zenit”in futbolçusu olub. Nəticədə, hücumçu Yuri Alberto birdəfəlik Braziliyaya qayıdıb, “ağ mavilər” Renanı (bu qış komandaya qoşulub), 22 yaşlı yarımmüdafiəçi Du Keyrozu (yayda Sankt-Peterburqda olacaq) və 16 yaşlı braziliyalı istedad Pedro almaq hüququ əldə edib.

Renan, Yaroslav Rakitskinin Rusiyadan ayrılmasından sonra, Sergey Semaka təcili ehtiyac duyulan sol ayaqlı mərkəz müdafiəçisidir. Robert gənclik və gənclər səviyyəsində özünü parlaq şəkildə göstərib və 2022-ci ilin payızında Braziliyanın ən güclü klublarından biri olan “Korintians”ın bazasına yollanıb.

Hazırda Renan Cənubi Amerika gənclər çempionatında Braziliyanın 20 yaşadək futbolçulardan ibarət millisinin bir hissəsidir. Turnir 2 qrup mərhələsində keçirilir: indiyədək “selesau” Kolumbiya, Paraqvay, Argentina və Perunu qabaqlayaraq, “A” qrupunda 1-ci olub və yarışın həlledici mərhələsinə yüksəlib.

Həmin kateqoriyadan